• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA

DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA
12.05.2020 14:12
"Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb".
 
Anews.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
 
"Bildirirəm ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşalma yoxdur.
 
Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib.
 
Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol