• $
  • €
  • ₽
  • ₺
  • £

Toya maska ilə gedəcəyik? - AÇIQLAMA

Toya maska ilə gedəcəyik? - AÇIQLAMA
12.05.2020 17:35
Ölkədə karantin rejimi başa çatan kimi fəaliyyətə başlayacaq kütləvi məkanların sırasında şadlıq sarayları da olacaq. Mart ayının 16-dan ölkədə şadlıq evlərinin fəaliyyətini müvəqqəti dayandırması toy sifarişlərinin yığılıb qalmasına gətirib çıxartdı. Məhz buna görə də Bakıdakı şadlıq evlərinin əksəriyyətində iyun ayında, bəzilərində isə hətta iyul ayında da sifarişsiz gün qalmayıb. Görəsən, növbəti iki ay ərzində toyların belə sıxlığı baxımından restoranların zallarında dezinfeksiya işləri aparılacaq?
 
Anews.az-ın xəbərinə görə, şadlıq saraylarının əksəriyyətində dezinfeksiya aparılacağı deyilib. Hətta həmsöhbətlərimizdən biri "Təki toylara icazə verilsin, təbii ki, dezinfeksiya olacaq” deyib. Məkanlardan birinin əməkdaşı isə zallarda dezinfeksiya işlərinin artıq başa çatdığını bildirib.
 
"Şahənşah”, "Oskar”, "Arena”, "Versal Palace” şadlıq evlərində məlumat aldığımız şəxslərin demək olar ki, hamısı iyun ayı üçün bir günün boş qaldığını da söyləyiblər. "Cıdır Düzü” sarayında isə iyun ayında bir yer qaldığı halda iyul ayında, ümumiyyətlə, boş gün qalmadığı qeyd olundu. Bunlardan əlavə, həmsöhbətlərimiz heç bir qiymət artımının olmadığını, əvvəlki qiymət təkliflərinin yerində qaldığını da diqqətə çatdırıblar.
 
Hər kəsə məlumdur ki, kütləvi tədbirlər virusların yayılması baxımdan çox təhlükəlidir. Maraqlıdır, həmin tədbirlərin keçirildiyi məkanın dezinfeksiya olunmasının virusun yayılmasına hansısa təsiri ola bilərmi?
 
Baş infeksionist Cəlal İsayev bildirib ki, dezinfeksiya virusların yayılmasının qarşısını almır:
 
"Gələn ayın 1-dən artıq toyların başlayacağı deyilir. Amma məsləhət görürəm ki, şadlıq evlərinin fəaliyyəti 1 ay da təxirə salınsın. Çünki kimin virus daşıyıcısı olduğu bilinmir. Təbii ki, kimsə toya maska taxıb gəlməyəcək, yaxud 2 metr məsafə saxlamayacaq. Toyda bunlar mümkün deyil. Təəssüf ki, zalların dezinfeksiya olunması da virusun yayılmasının qarşısını ala bilməz. Ona görə ki, insanlar koronavirusa hava vasitəsilə də yoluxa bilir. Hələ qarşıda 20 günə yaxın vaxtımız var. Dua edək ki, virusdan tam qurtulaq və cütlüklərin də toy mərasimləri baş tutsun”.Lent.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol