• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
29.05.2020 10:54
Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.


Oxu.Az-ın bununla bağlı qurumlar arasında sorğusu davam edir.


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirus təhlükəsi yaranan ilk günlərdən FHN də bu təhlükə ilə ön cəbhədə fəal mübarizə aparan dövlət qurumları sırasındadır:



"Belə ki, hələ fevral ayından nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.
Bu səbəbdən bu günə kimi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sıralarında xidmət edən 15 nəfərin virusa yoluxma faktı təsdiqini tapıb. Onlardan 11 nəfər tam sağalaraq, artıq xidmətə qayıdıb, dörd nəfərin müalicəsi isə davam edir, vəziyyətləri normaldır”.


O qeyd edib ki, yoluxan əməkdaşların əksəriyyəti 22-35 yaş aralığında olan şəxslərdir.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, COVID-19-a yoluxma halı qeydə alınmayıb.


Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar nəzarət daxili işlər orqanlarının əməkdaşlarına həvalə edilib:


"Bu sahədə nəzarəti həyata keçirən polis və daxili qoşunların hərbi qulluqçuları öz sağlamlıqlarını riskə qoyaraq, vətəndaşlarımızın koronavirus infeksiyasına yoluxmaması üçün gücləndirilmiş iş rejimində xidmət edirlər. Gündə minlərlə insanla təmasda olan polis əməkdaşlarının bu virusa yoluxmaları da qaçılmazdır.
Bugünədək bir neçə əməkdaşımızda müayinə zamanı infeksiya aşkar edilib və dərhal da xüsusi tibbi müəssisələrə yerləşdiriliblər”.


DİN rəsmisi qeyd edib ki, onlardan artıq sağalıb evə buraxılanı və müalicəsini davam etdirəni də var. 


İqtisadiyyat Nazirliyindən də bildirilib ki, qurumun əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyasına yoluxan yoxdur:


"Nazirliyin və tabeliyindəki qurumların əməkdaşları xüsusi rejimli karantin şəraitində müəyyən edilmiş iş rejiminə və tələblərə uyğun olaraq əmək fəaliyyətini davam etdirirlər”.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat katibi Nuridə Allahyarova Oxu.Az-a bildirib ki, nə qurumda, nə də tabeliyindəki "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları arasında COVID-19-a yoluxan yoxdur.


Azərbaycan Mərkəzi Bankdan da Oxu.Az-a qeyd edilib ki, əməkdaşları arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol