• $
  • €
  • ₽
  • ₺
  • £

“11 yaşlı oğlumu döyüb, boğazından sıxaraq boğmaq istəyib”- Gəncədə dəhşətli hadisə - ŞİKAYƏT

“11 yaşlı oğlumu döyüb, boğazından sıxaraq boğmaq istəyib”- Gəncədə dəhşətli hadisə - ŞİKAYƏT
29.05.2020 11:56
Gəncədə 11 yaşlı uşaq ağlasığmaz səbəbdən döyülüb.
Bu barədə Oxu.Az-a 2009-cu il təvəllüdlü Orxan Əlizadənin anası Xanım Əliyeva məlumat verib.
Redaksiyamıza müraciət edən ana iddia edir ki, qonşuluqda yaşayan Kəmalə adlı qadın onun uşağını boğazından tutaraq boğmağa çalışıb:

"Hadisə mayın 19-da Gəncə şəhəri Sidqi Ruhulla küçəsində baş verib. Oğlumla qonşunun səkkizinci sinifdə oxuyan oğlu internet üzərindən oyun oynayırdı. Oyun əsnasında mənim oğlum Kəmalə adlı qonşunun uşağına ingilis dilində "sən zəifsən” deyib. Bu sözü də uşağın anası eşidib. Oradan mənim uşağıma deyib ki, "sən kimsən ki, mənim uşağıma zəif deyirsən?”. Həmin gün qonşunun uşağı bizə gəlib, Orxandan şikayət etdi. Mən də dedim ki, "Orxan qələt eləyib deyib, mən onu tənbeh edərəm, daha deməz”. Uşaq çıxıb getdi”.
Xanım Əliyevanın sözlərinə görə, qonşusu Kəmalə oğlunu onların evinə göndərdikdən sonra qapıda dayanıb Orxanın evdən çıxmasını gözləyirmiş:
"Sizə dediyim bu söhbət təxminən saat 15:00 radələrində olub. Ona qədər qadın qapıda dayanıb güdürmüş ki, Orxan həyətə düşəndə uşağı tutub, döysün. Orxan da haradasa bir-iki saat sonra qonağımızın uşağı ilə həyətə oynamağa düşdü. Kəmalə Orxanın çıxdığını görüb, uşağın üstünə necə gedibsə, uşaq qorxusundan qonşunun qapısına qaçıb ki, burada onu kimsə qoruyar.
İnanın ki, əgər o qadın uşağıma bir sillə vursaydı, ya yanından vursaydı, bu qədər böyütməzdim. Amma mənim uşağım bronxial astma xəstəsidir. Kəmalə adlı bu qadın bir əli ilə Orxanın qolunu tutub, digər əli ilə də uşağın boğaz nahiyyəsindən tutub sıxıb. Həyətdəki uşaqlar qaçıb mənə xəbər vermək istəyəndə, uşaqlara deyib ki, "hansınız tərpənsəniz, sizi bundan betər edərəm”. Bu sözləri mənə uşaqlar özü deyib. Orxan o qadının əlində çırpınıb, əldən gedirmiş, qorxub yerə buraxıb. Sonra da ayaqlarına təpik vurub. Uşağın ayaqları gömgöy idi”.
X.Əliyeva iddia edir ki, bütün bu hadisələrdən sonra qadın utanmadan evinin qapısında dayanıb, uşağın yerdə çırpınmasına baxıb:
"Qonşunun uşaqları gəlib mənə deyir ki, "ay xala, tez ol, Kəmalə xala Orxanı boğdu”. Dəli oldum, tez qaçdım həyətə gördüm uşaq qıc olub, qalıb yerdə. Mənim uşağım astma xəstəsidir, normal vəziyyətdə çox çətinliklə nəfəs alır. Uşağa bu cür şiddət edərlər? Axşam uşağı güc-bəla ilə özünə gətirdim. Orxan özünə gələndən sonra qayınanamla həmin Kəmalənin evinə getdim. Həyətində it saxlayır, az qaldı iti üstümüzə buraxsın. O qədər nalayiq sözlər dedi ki, biz onunla bacarmadıq. Səhər gedib polisə şikayət ərizəsi vermişəm. Ekspertizaya müraciət etmişik. Bütün qonşular qorxudan bilmir, nə etsin. Uşaqlarımızı küçəyə buraxa bilmirik ki, bu gün Orxana bunu edən, sabah başqasının da uşağına edər. Bu məsələnin hüquqi yolla həll olunmasını istəyirik”.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol