• $
  • €
  • ₽
  • ₺
  • £

“Hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin” – İlqar Məmmədova CAVAB

“Hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin” – İlqar Məmmədova CAVAB
29.05.2020 10:59
"Siyasətçi olduğunu düşünən bir nəfər var. Deyəsən, elə düşündüyü bir tək budur. Çünki düşünmədən danışıb. Deyib ki, Ramil Səfərovun qəhrəmanlaşdırılması milli maraqlarımıza uyğun deyildi. Bunu deyən adama xatırladıram ki, həbs olunanda elə onun özünü də "qəhrəman"laşdıranlar var idi”.
 
Pravda.az-ın xəbərinə görə, bunu "Bizimyol” qəzetinin baş redaktoru Bahəddin Həzi ReAl Partiyanın sədri İlqar Məmmədovun Ramil Səfərovla bağlı mövqeyinə münasibət bildirərkən deyib.
 
"Halbuki heç bir vaxt heç bir erməniyə "gözün üstə qaşın var" deməyib. Azərbaycanlı zabit Ramil Səfərovun Ermənistandan olan hərbçi Qurgen Markaryanı öldürməsinə gəlincə, bu hadisəyə zamanında hüquqi, siyasi, mənəvi baxımdan hər cür şərh və qiymət verilib. O, Macarıstanda cəza çəkib. Sonra Azərbaycan dövləti onun ekstradisiyasına nail olub, Ölkə rəhbəri isə onu əfv edib. Macarıstan məhkəməsinin də Ramil Səfərovu məhkum etmək üçün əsası olub (ortada qətl hadisəsi vardı), Ramil Səfərovu geri istəmiş və almış Azərbaycan dövlətinin də dövlətlərarası müqavilə ilə belə bir hüququ olub, o, ölkəyə gətiriləndən sonra Prezidentin də Ramil Səfərovu əfv etmək səlahiyyəti olub. Heç bir prosedur pozuntusu yoxdur. Amma indi Avropa Məhkəməsi bunun əleyhinə bir qərar verib, Azərbaycanın "müxalif" "siyasətçi"si də Qurgen Markaryanın ailəsinin yanında duraraq Avropa Məhkəməsinin qərarına dolayı dəstək verib. İndi aydın olurmu kim, kimi, niyə və necə qəhrəmanlaşdırıb?!
Əslində bu "müxalif" "lider"in açıqlamasının milli maraqlara uyğunluğuna qiymət vermək lazımdır və o söhbətləri yığışdırmaq lazımdır: "yatdığı yerdə vurub", "əvvəlcədən planlaşdırıb", nə bilim, nələr. Hər necə olub, bu, baş verib və ona da məhkəmə hüquqi qiymət verib, sonra adam ekstradisiya olunub və əfv edilib. İndi nə deyirsiniz: Ramil Səfərov təkrar həbs olunmalıdır?! O, hər bir halda törətdiyi əmələ görə cəza çəkib. Bir adam isə eyni əmələ görə iki dəfə cəzalandırıla bilməz. Onun "qəhrəmanlaşdırılması milli maraqlara uyğun deyil" fikrinə və bu fikrin müəllifinə gəlincə, dövlət Ramil Səfərova həmin əməlinə görə "Milli Qəhrəman" adı verməyib (yəni adamın rəsmi qəhrəman titulu yoxdur), xalqın onu "qəhrəmanlaşdırması" tezisinə gəlincə, necə olur ki, sən İsmayıllıya mitinqə gedib maşından düşən kimi heç bir şüar qışqırmağa macal tapmamış həbs olunduğun zaman müəyyən insanlar səni "qəhrəman"laşdıranda bu, milli maraqlara uyğun gəlir, ancaq bir Azərbaycan zabiti öz xalqını, dövlətini, bayrağını təhqir edən düşmən hərbçini cəzalandıranda onun "qəhrəmanlaşdırılması" milli maraqlara zərbə olur?!
Əslində NATO-nun o təlimlərini təşkil edən strukturlar da günahkardır; ərazisi işğal olunmuş, on minlərlə vətəndaşı öldürülmüş, minlərlə vətəndaşı əsir-girov götürülmüş, 20-ci əsrin sonundan bu günədək hər cür ağlasığmaz işgəncələrə məruz qalmış Azərbaycan dövlətinin zabiti ilə bütün bu cinayətləri törətmiş Ermənistan dövlətinin zabitini eyni yerdə eyni təlimdə yan-yana gətirmək nə dərəcədə doğru düşüncənin məhsuludur?!
 
Yaxşı, nə vaxtsa hörmətli siyasətçi, ürəyiniz yerinə gəlsin deyə, lap Ramil Səfərovu yenidən Macarıstan türməsinə qaytaraq, ya da Sizə təhvil verək aparıb Ermənistana təslim edin. Sizi bu məsələ belə narahat edirsə, hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin. Nə olar, orda dörd min əsirimiz var, bu da Sizin xətrinizə olar dörd min bir. Bəs Ermənistanın bizə qarşı törətdiyi cinayətlərə Avropa Məhkəməsinin, Avropa dövlətlərinin və təşkilatlarının göz yumması Sizi nə zaman narahat edəcək?! Yaxşı, Ramil Səfərov qəhrəman deyil. Bunu bildik. Sizin və Avropadakı donorlarınızın fikrincə, qəhrəman kimdir?! Köçəryan, Sarkisyan, Ohanyan? Kim?! Kim?!
 
Başa düşürük, pulu verən özü musiqini də sifariş edir. Ancaq o xarici donorların hər çaldığı havaya - sümüyünüzə düşdü-düşmədi - oynamaq zorundamısınız?! Bəs bunu milli maraqların hansı tərəfinə yazaq?! Hə, "zorundayam" deyirsinizsə, daha o başqa məsələ... Çox keçmiş olsun!” – B.Həziyev deyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol