• $
  • €
  • ₽
  • ₺
  • £

Başçısı həbs olunmuş rayonda tenderləri kim udurmuş? - SİYAHI

Başçısı həbs olunmuş rayonda tenderləri kim udurmuş? - SİYAHI
29.05.2020 15:33
Hazırda həbsdə saxlanılan və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı ilə qollarına qandal vurulan Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin rəhbərliyi dövründə yerli RİH-in kimlərə pul yedizdirdiyi ortaya çıxıb. Belə ki, 2019-cu ilin yanvar-dekabr aylarında Ağstafa rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 878 min 913 manat olan 24 tender keçirilib.


Xatırladaq ki, Nizaməddin Quliyev Ağstafa RİH-ə Goranboydan göndərilmişdi və keçən ilin aprel ayının 5-dən həmin vəzifəni tuturdu.

Dia.az-ın məlumatına görə, ən çox tender keçirən qurum Ağstafa Regional Mədəniyyət İdarəsi olub. Mədəniyyət İdarəsi 11 tender keçirib. Tenderlərinin ümumi məbləği 416,4 min manatdır.


Ağstafa Rayon İcra Hakimiyyəti isə 2019-cu ildə ümumi məbləği 1 milyon manatdan çox tender keçirib. Qurumun ümumi məbləği 932,2 min manat olan 5 tenderini "Səma MM İnşaat" MMC qazanıb.


Rayon üzrə ən çox tender qazan "Səma MM İnşaat" MMC-dir. Şirkət ümumi məbləği 1 milyondan çox olan 6 tenderin qalibi olub.


Bundan başqa, "Ayzberq-M" MMC şirkəti Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin 226,2 min manatlıq tenderinin qalibi olub.


Rayonda Ağstafa rayon Gənclər və İdman İdarəsi, Ağstafa Suvarma Sistemləri İdarəsi və başqa qurumlar satınalmalar həyata keçiriblər.


Hər halda, bu faktların özü belə müvafiq dövlət qurumlarının diqqətini cəlb etməlidir. Ən azından növbəti yeyinti ifşası naminə...




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol