• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həkimlər etiraz edir: 15 gün karantin əvəzinə bizdən yaxma götürüb evə yola salırlar

Azərbaycanda həkimlər etiraz edir: 15 gün karantin əvəzinə bizdən yaxma götürüb evə yola salırlar
31.05.2020 09:36
"Artıq iki aydır ki, həkimlərimiz ATU-nun Tədris Cərrahiyyə Klinikasında yorulmadan çalışır. 31.05.2020-ci il tarixində işi sona çatan həkimlərimiz üçün son gündü. Amma həkimlər və tibb bacıları 15 gün karantinə saxlanılmaq əvəzinə yaxma götürülərək evə yola salınır. Bu da koronoviruslu xəstələrlə təmasda olan həkimlərimizin etirazına səbəb olub".

Anews.az xəbər verir ki, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərən, 2 aydı könüllü çalışan həkim -yazıçı Məlahət hümmətqızı yazır. Sosial şəbəkə vasitəsilə etiraz edən həkimlər evlərinə, ailələrinə virus aparmaqdan, yaxınlarını yoluxdurmaqdan qorxurlar:
 
"Həkimlər evə getmək istəmir. Evinə, ailəsinə virus aparmaqdan, ailəsini, övladını yoluxdurmaqdan qorxur. Qaydalara əsasən, həkim 15 gün hoteldə karantində qalmalıdır. Bu ilk günlər aprel ayında belə idi. Həkim 15 gün işləyib, 15 gün karantində qalırdı.
 
Amma may ayının əvvəlində vəziyyət dəyişdi. Bildirildi ki, həkim 1 həftə də karantində qala bilər. May ayının sonunda isə artıq həkimə karantin lazım deyil, evə gedə bilər - dedilər.
 
Vəziyyətin bu hala gəlib çıxması həkimlərdə, xüsusilə yeni işləməyə gələn həkimlərdə inamsızlıq yaratdı. Ailələri üçün təlaş keçirtdilər. Əgər doğrudan da həkimə karantin müddəti lazım deyildisə, onda nə üçün əvvəldən 15 gün həkimlər karantində saxlanırlırdı?l Həkimlərimizə yaxma verdikdən sonra cavab mənfi çıxarsa hoteli tərk etmək tapşırığı verilib. Həkimlər isə etiraz edir. Görəsən onları eşidən, duyan kömək əlini uzadan olacaqmı?".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol