• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusa yoluxma hallarının artdığı ərazilər nəzarətə götürüldü - VİDEO

Azərbaycanda koronavirusa yoluxma hallarının artdığı ərazilər nəzarətə götürüldü - VİDEO
31.05.2020 10:36
Son günlər koronavirus infeksiyasına yoluxma hallarının artdığı rayonlardan biri də Xaçmazdır.

Anews.az "xezerxeber.az"a istinadən xəbər verir ki, indiyədək rayonda 31 yoluxma halı qeydə alınıb ki, bunlardan da 21 nəfəri Köhnə Xaçmaz kəndinin sakinləridir.

Sakinlərin sözlərinə görə, pandemiyanın ocağı kənddəki bir məhəllədir. Sonrakı günlərdə də yoluxma aşkarlandığından kənd nəzarətə götürülüb.
Goranboy da son günlər koronavirus pandemiyasına yoluxmanın qeydə alındığı rayonlardandır. Goranboy Rayon Mərkəzi Xəstəxanasına bu günə kimi müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. Onlardan 255 nəfəri sağalaraq evə buraxılıb, 6 nəfər dünyasını dəyişib. 24 nəfər müalicə üçün Bakıya, 1 nəfər isə Gəncəyə göndərilib.

122 nəfərin müalicəsi isə davam etdirilir. Yoluxma hallarının qarşının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır, sakinlərlə maarifləndirici söhbətlər edilir.

Bu günədək 47 nəfərin koronavirusa yoluxduğu Qəbələ də xəstə sayına görə ön sıralardadır. Son günlər yoluxmanın daha çox qeydə alındığı ərazi "Zarağan-2" məcburi köçkün şəhərciyidir. Bu qəsəbə də artıq nəzarətə götürülüb.
Ərazidə izolyasiya tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol