Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik etdi

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə final turu iyunun 11-də keçiriləcək.
Təhsil Nazirliyindən Anews.az-a verilən məlumata görə, buna səbəb iyunun 7-də Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının təşkilidir.
Məlumat üçün bildirək ki, daha əvvəl iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində final turunun keçirilməsi nəzərdə tutulmuşdu.
Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























