• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlandı

Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlandı
05.06.2020 20:31
Ötən il Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq açıq məkanda reklamların yayımında dövlət dili ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunması sahəsində monitorinqlər həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agnetliyinin (ADRA) 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, 17 083 obyektə baxış keçirilib, əcnəbi dillərdə reklam yayımlayan və reklamlarında ədəbi dilin normalarının pozulması ehtimal olunan 6 350 obyektin reklamlarının müvafiq qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıb.
Nəticədə "Reklam haqqında” Azərbaycan Respublikası qanununun 4.7-ci bəndinin tələblərini pozmaqla açıq məkanda reklam yayımlayan 6 028 obyekt aşkarlanıb.
 

Təhlükəsizlik və estetik tələblərə cavab verməyən reklam daşıyıcılarının əksər hissəsinin yeniləri ilə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülüb, ölkə üzrə icazə sənədləri olmayan və yararsız 6 125 ədəd reklamın açıq məkanda yayımının dayandırılması təmin edilib.

Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına yol vermiş şəxslər Agentlik tərəfindən reklam sahəsində mövcud qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb, həmçinin onlara yazılı bildiriş və xəbərdarlıqlar təqdim edilib. Lakin, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq qanunvericiliyin tələblərini pozmaqda davam edən reklam yayıcıları barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 584 protokol tərtib edilərək, baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib. Bununla əlaqədar, keçirilmiş məhkəmə proseslərində Agentliyin nümayəndələrinin iştirakı təmin edilib.

Qeyd edək ki, "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci bəndində deyilir ki, reklamda "Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol