Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Müşfiq Sadıqov vəzifəsindən azad edilib.
Onun yerinə bu vəzifəyə polis kapitanı İslam İsmayılov təyin olunub. O, daha əvvəl müəssisənin dövlət avtomobil müfəttişi vəzifəsində çalışıb.
www.anews.az
























