• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol kəsən daha bir sürücü "lomla" hücum etdi - VİDEO

Bakıda yol kəsən daha bir sürücü "lomla" hücum etdi - VİDEO
09.06.2020 11:32
Ardıcıl zərbələr endirərək arxa işıqlarını sındırıb.

Zirə-Pirallahı yolunda qaydaları pozaraq əks istiqamətdə hərəkət edən sürücü görüntülənib.

Anews.az xəbər verir ki, Avtosfer.az-a daxil olan məlumata görə, iyun ayının 5-i saat 13:26 radələrində 90 OX 705 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü əvvəlcə  magistral yolda əks istiqamətdə hərəkət edərək digər sürücüyə təhlükə yaradıb. Daha sonra yoluna çıxdığı avtomobilin ardınca gələrək onu saxlayıb. Avtomobildən düşən sürücü nalayiq ifadələr və söyüşlə digər sürücünün təhqir edib. Bununla kifayətlənməyərək əlində götürdüyü dəmir əşya ilə əvvəlcə sürücüyə hücum edib. Sürücü hadisə yerindən uzaqlaşmaq istəyən zaman avtomobilə ardıcıl zərbələr endirərək arxa işıqlarını sındırıb.

İyunun 8-də həmin sürücü yenidən eyni yerdə əks istiqamətdə hərəkət edərkən 3 gün əvvəl üzərinə hücum çəkdiyi sürücü ilə yenidən qarşılaşıb. Bu dəfə də avtomobili saxlayaraq özünü haqlı çıxarmağa çalışıb. Özünü Şamaxılı Şaiq kimi təqdim edən şəxs hadisə zamanı düz etdiyini bildirib. Digər sürücünün polisə rəsmi şəkildə şikayət etdiyini öyrəndiyini deyərək bunu "kişiliyə yaraşmayan hərəkət" adlandırıb.

Mübahisə zamanı bir neçə dəfə "mən Şaiqəm" deyərək hədə qorxu gəlib. Hətta polislə də məsələni "həll edəcəyini" bildirib.
Qeyd edək ki, qarşı tərəf rəsmi şəkildə ərizə ilə Xəzər rayon Polis İdarəsinə müraciət edib.

Avtosfer.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni törədən Şaiq Qarayev adlı şəxsdir. Zirə qəsəbəsində "Şamaxılılar" adlanan ərazidə yaşayır. 2018-ci ilin dekabr ayının 1-də Zirə qəsəbəsi ərazisində yaxın qohumları və dostları ilə əyləncə məclisi təşkil edib. Daha sonra mübahisə yaranıb. Hadisəyə müdaxilə edən polis Şaiq Qarayevi saxlayıb. Digər 5 nəfər isə avtomobilə əyləşərək hadisə yerindən qaçıblar. Əks istiqamətdə çıxaraq hərəkət edərək qəza törədib və 4 nəfər hadisə yerində ölüb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol