Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün keçirilən buraxılış imtahanlarının nəticələrinin məlum olacağı vaxtı açıqlayıb.
Mərkəzdən Anews.az-a verilən məlumata görə, iyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
www.anews.az
Son xəbərlər 
Daha çox 























