• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi

ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi
11.06.2020 09:40
ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub. 

Uçuşda Vaşinqtonda, Los-Ancelesdə, Floridada, Fladelfiyada, Nyu-Yorkda və ABŞ-ın digər şəhər və ştatlarında təhsil alan, yaşayan həmvətənlərimizin təxliyəsi baş tutub.

210 həmvətənimizin təxliyəsinin reallaşdığı çarter uçuşu Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə "Report"a açıqlamasında bildirib ki, təxliyə olanan vətəndaşlar arasında daha çox tələbələr, yaşlı insanlar və maddi çətinliklərlə üzləşən vətəndaşlarımız üstünlük təşkil edir: "Bu gün ilk dəfə olaraq ABŞ-da yaşayan vətəndaşlarımızın təxliyə uçuşu həyata keçirildi. Bu uçuşla ölkəmizə 210 nəfər vətəndaşı yola saldıq. Həmvətənlərimizin ən qısa zamanda ölkəmizə sağ-salamat çatmasını diləyirik”. 

Konsul yaxın tarixlərdə növbəti çarter uçuşlarının da olacağını deyib: "Növbəti çarter uçuşları ilə bağlı işlər görüləcək və bunun üçün yeni siyahılar tərtib olunacaq. ABŞ-da yaşayan bütün vətəndaşlarımıza xatırlatmaq istərdim ki, səfirlikdə müvafiq qaydada qeydiyyatdan keçsinlər. Bu zəruridir, çünki yaxın gələcəkdə təşkil olunan reyslər vətəndaşlarımızın müraciətləri sayəsində dəqiqləşəcək”.(report.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol