TƏBİB avtobuslarda kondisionerlərlə bağlı məhdudiyyətin götürülmə səbəbini açıqladı

Operativ qərargah ictimai nəqliyyatda kondensionerlərin qoşulmasına qoyulan məhdudiyyəti avtobuslarda sərnişinlərin isti hava səbəbindən maska taxmaması ilə bağlı aradan qaldırıb, bunu anews.az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
"Keçən brifinqlərin birində Ramin Bayramlı avtobuslarda kondisionerlərin qəti qadağan olunmasını demədi. O, bildirdi ki, bu tövsiyyə olunmur. Buməsələ ilə bağlı operativ qərargah bu gün yekun qərar verib. Avtobuslarda kondisionerlərin işləməsi qərara alınıb. Havanın isti olması səbəbindən sərnişinlər maska taxmır. Maskasız xəstəliyin yayılması riski sirkulyasiyadan yayılması riskindən daha çoxdur" - deyə Əliyeva əlavə edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























