İki gün bir sıra poçt şöbələri xidmət göstərməyəcək

Nazirlər Kabinetinin 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar qərarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri fəaliyyət göstərməyəcək.
Məlumata görə, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki "Şəbəkə” xidmət mərkəzləri 14-15 iyun tarixlərində xidmət göstərməyəcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























