• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan rayonlara gediş-gəlişlə bağlı — VACİB XƏBƏR

Bakıdan rayonlara gediş-gəlişlə bağlı — VACİB XƏBƏR
15.06.2020 20:50
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin rejimi məhdudiyyətləri götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Qarşıdakı günlərdə rayonlar arası gediş-gəliş bərpa oluna bilərmi?
Anews.az "sonxeber.az"-a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir.
"Bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə, bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır.
İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əməl edərlərsə, normal həyatımıza tezliklə qayıda bilərik. Əks halda bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə, bunu heç birimiz arzulamırıq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol