• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin əməkdaşları arasında yenidən koronavirusa yoluxanlar var - RƏSMİ

Nazirliyin əməkdaşları arasında yenidən koronavirusa yoluxanlar var - RƏSMİ
23.06.2020 16:18
Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında yenidən koronavirusa yoluxma halları müşahidə edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər:

"Təəssüflə bildirək ki, görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, FHN əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Bu əməkdaşların böyük hissəsi artıq sağalaraq xidmətə qayıdıb, qalanların isə müvafiq qaydada müalicəsi davam etdirilir. Bu səbəbdən də Nazirliyin inzibati binalarında və xidməti ərazilərində əməkdaşlar arasında sosial məsafənin qorunmasına, qoruyucu maskalardan istifadə və sanitar-gigiyenik qaydalara əməl olunmasına ciddi nəzarət həyata keçirilir. Bundan əlavə, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Nazirliyin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılır, binaya daxil olan hər kəsin gündəlik hərarəti ölçülür. Əməkdaşlar arasında yoluxma ilə bağlı hər hansı şübhə yarandıqda isə dərhal test götürülür”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol