• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda klinikaların COVID-19 test müayinəsini dayandırması ilə bağlı AÇIQLAMA

Azərbaycanda klinikaların COVID-19 test müayinəsini dayandırması ilə bağlı AÇIQLAMA
27.06.2020 12:58
Sosial şəbəkələrdə "İnci” laboratoriyası, "Referans” klinikası,"Memorial Klinik”, "Baku Medical Plaza”, "Caspian İnternational Hospital” və Bakı Sağlamlıq Mərkəzində  koronavirus test müayinələrinin aparılmasının dayandırılması ilə bağlı xəbərlər yayılıb.

Adı çəkilən klinika və laboratoriyalarda test müayinələrinin dayandırılması ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bu barədə məlumatının olmadığını və adları çəkilən yerlərdən məlumat almağı bildirdi.

Məsələ ilə bağlı "Baku Medical Plaza”ilə əlaqə saxladıq. Klinikadan Yeniavaz.com-a bildirdilər ki, ümumiyyətlə klinikada COVID-19 testləri aparılmır.  
"Caspian İnternational Hospital” isə test müayinələrinin həqiqətən də dayandırıldığını qeyd etdi: "Bəli, test müayinələri dayandırılıb. Əvvəllər testlərə icazə verilirdi, lakin indi icazə verilmir”, Kimin icazə verməməsilə bağlı sualımıza isə "Bu barədə nəsə deməyə icazəmiz yoxdur”, cavabını aldıq. 

"İnci” laboratoriyası,  "Memorial Klinik” və Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. 

Xatırladaq ki, "Referans” klinikası daha əvvəl test müayinələrinin dayandırılması ilə bağlı məlumat verdi. "Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması yanlız uçuş öncəsi olan pasiyentlər üçün nəzərdə tutulub” –deyə, klinikanın məlumatında qeyd olunub.
Qeyd edək ki, test müayinələrinin dayandırılması ilə bağlı məlumatı vətəndaşlardan biri Marja-ya bildirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol