Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalıb

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.
Anews.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "QAZel” markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
























