• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dünyada kontraseptiv üsullardan ən az istifadə edən ölkələr sırasındadır

Azərbaycan dünyada kontraseptiv üsullardan ən az istifadə edən ölkələr sırasındadır
28.05.2020 23:50
Azərbaycan müasir kontraseptiv üsullardan ən aşağı səviyyədə istifadə edən ölkələr sırasındadır.Trend-in məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən "Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"da öz əksini tapıb.Tədqiqatda qeyd edilib ki, hazırda 15-49 yaş arası ailəli qadınların yalnız yarısı (51%) kontraseptiv üsullardan istifadə edir. Bunlardan 37 faizi ənənəvi üsullara etibar edir və yalnız 14 faizi müasir üsullardan istifadə edir.Kontraseptiv üsullardan istifadənin aşağı səviyyədə olması dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına gətirib çıxaran amillərdəndir. Bu, arzuolunmaz hamiləliklərin artması və doğuma nəzarət üsulu kimi süni abortların sayınn çoxalması ilə nəticələnə bilər.Tədqiqatın nəticələrinə görə, kontraseptiv üsullardan istifadə baxımından regionlar arasında da nəzərə çarpan fərqlər var. Müasir kontraseptiv üsullardan istifadə Yuxarı Qarabağ və Lənkəranda (müvafiq olaraq 7 və 10 faiz) ən aşağı səviyyədədir, lakin Quba-Xaçmaz, Bakı və Abşeron regionlarında (müvafiq olaraq 19 və 18 faiz) bu göstərici ölkə üzrə ən yüksək səviyyədədir.Kontraseptiv üsullar, xüsusən də müasir kontraseptiv üsullardan istifadə halları təhsil səviyyəsi yüksək olan qadınlar arasında daha çoxdur. Daha yüksək təhsilli qadınlar orta ümumtəhsilli və ya daha aşağı təhsilli qadınlarla müqayisədə müasir üsullardan iki dəfə çox (müvafiq olaraq 25 və 13 faiz) istifadə edirlər.Tədqiqat zamanı məlum olub ki, ilk üç uşağı qız olan qadınlar əsas etibarilə müasir kontraseptiv üsullardan daha az istifadə edirlər. Lakin ən azı bir oğlu olan qadınların müasir kontraseptiv üsullardan istifadəsi iki dəfə daha artıqdır. Bu hal oğlan uşaqlarına üstünlük verilməsinin göstəricisi kimi şərh edilə bilər. Digər məqam isə odur ki, dörd və daha çox uşağı olan qadınlar arasında kontraseptiv üsullardan istifadə aşağı səviyyədədir. Bu da ona dəlalət edir ki, Azərbaycanda ailə planlaşdırılması üsulları o qədər də geniş tətbiq edilmir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol