Goranboyda qəbirləri dağıdan şəxs tutuldu -VANDALİZM
Goranboy rayonunun Səfikürd kəndində qabristanlıqda başdaşıları qırılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə kənd sakini Azər Ələkbərov polisə şikayət edib.Azər Ələkbərov şikayətində bildirib ki, gecə kəndin ərazisində yerləşən qabristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın da baş daşı naməlum şəxs tərəfindən qırılıb.Şikayət əsasında araşdırma başlanıb. Araşdırmalar zamanı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirləri dağıdan Ramin Həmidov saxlanılıb.Hazırda onun nə səbəbdən belə iş tutmasının səbəbləri araşdırılır.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 23:10 Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 19:52 Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:35 Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 18:07 "Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:58 Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:33 Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 16:19 FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 15:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 14:46 Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub