• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yaşayan azərbaycanlı professora Azərbaycanda vəzifə verildi - FOTO

Türkiyədə yaşayan azərbaycanlı professora Azərbaycanda vəzifə verildi - FOTO
30.07.2020 20:26
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İstitutuna direktor vəzifəsinə təyin edilib.
TƏBİB-dən Anews.az-a bildirilib ki, Adil Allahverdiyev 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirib. 1978-1981-ci illərdə elmi-tədqiqat fəaliyyətini Moskvada Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib və tibb elmləri namizədi alimlik dərəcəsini alıb. İlk dəfə olaraq Qlükoza-6-fosfatdehidrogenaza (G-6PD) fermentinin çatışmazlığı olan şəxslərdə istifadə edilən dərman preparatlarına qarşı olan həssaslığı in vitro təyin etmək üçün yeni metodu işləyib hazırlamaqla problemin həll olunmasında önəmli rol oynamışdır. 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. A.Allahverdiyevin tədqiqatında ilk dəfə olaraq eyni zamanda malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində "rest state" dinclik vəziyyəti aşkar edilmişdır ki, bunun da böyük epidemioloji və müalicəvi əhəmiyyəti vardır.
1990-cı ildə A.Allahverdiyev Azərbaycan Mikrobiologiya, Epidemiologiya ve Peşə Xəstəlikləri İnstitutunda (indiki V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) hüceyrə kulturası və krioprezervasiya laboratoriyasının qurucusu və rəhbəri olaraq tədqiqatlarını davam etdirib. 1992-ci ildə beynəlxalq konqresdəki (İran, Tehran) çıxışından sonra A.Allahverdiyev Türkiyənin tanınmış Universitetlərindən biri olan Çukurova universitetinin tibb fakültəsinə dəvət edilib. Dəvətin əsas məqsədi, malyariya sahəsində əldə etdiyi yeni elmi nailiyyətlərin Türkiyədə tətbiqi olub. A.Allahverdiyev dünyada ilk dəfə leyşmaniozun dəri formasının və insan üçün təhlükəli olan visseral formasının diaqnostikasında yeni mikrokultura metodunu işləyib hazırlayıb. Dünyanın müxtəlif konqreslərində (Avropa dermatoloqları və veneroloqları konfransı, İspaniya, 2004, İtaliya, 2004, Türkiyə Mikrobioloqlarının konfransı, İzmir, Quşadası, 2004; Beynəlxalq Transmissiv xəstəliklər simpoziumu, İstanbul, 2005; leyşmanioz üzrə III Dünya konqresi, İtaliya, 2005) təqdim edilən kəşf bu sahədə işləyən alimlərin diqqətini cəlb eib. Hazırda mikrokultura metodu dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya, Azərbaycan və s.) uğurla tətbiq edilir.
2006-cı ildə A.Allahverdiyev Yıldız Texniki Universitetinin Biomühəndislik kafedrasına (İstanbul) dəvət edilərək, burada kafedranın qurucularından biri, "Hüceyrə kulturası və toxuma mühəndisliyi" laboratoriyasının isə qurucusu və rəhbəri olaraq fəaliyyətini davam etdirib. Çox sayda beynəlxalq mükafatlara layiq görülüb, bundan əlavə, Türkiyədə yaşadığı illərdə diaspora fəaliyyəti ilə də məşğul olub.
O, Türkiyə Parazitologiya və Tropik xəstəliklər şurasının fəxri üzvü, 2019-cu ilin sentyabr ayından etibarən isə Türkiyə Səhiyyə Nazirliyi və Biotexnologiya İnstitutunun himayəsi altında Peyvənd Elmi Şurasının üzvü seçilmiş və indiyə kimi fəaliyyətini davam etdirməkdədir. Eyni zamanda, Stony Brook Universitetinin (ABŞ) adjunct professorudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) malyariyaya qarşı mübarizə proqramında (Kopenhagen, 2000) iştirakı ilə yanaşı, A.Allahverdiyev dünyanın məşhur tədqiqat mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparır. Bu sıraya Stony Brook Universiteti (ABŞ), Universitet de Barcelona (İspaniya), U.S Army MRMC, the University of Health Sciences Chicago Medical School (ABŞ) daxildir. A.Allahverdiyev müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür.
İnanırıq ki, professor Adil Allahverdiyev bundan sonrakı fəaliyyəti ilə Azərbaycanda tibb elminin inkişafına, elmi kardların hazırlanmasına ciddi töhfələr verəcəkdir. Əminik ki, bu, ölkəmizin hüdudlarından kənarda yaşayıb yaradan digər həmvətənlərimizin - tibb sahəsinin alimlərinin Vətənə - son illər həyata keçirilən islahatlarla maddi-texniki imkanları yenilənən elmi-tibbi müəssisələrimizə qayıtmasının başlanğıcı olacaqdır.
Qeyd edək ki, bu gün A.Allahverdiyev kollektivə təqdim edilib.
 







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol