Koronavirusun ölümcül fəsadlarının səbəbi bu imiş

Stokholm yaxınlığında yerləşən və dünyanın qabaqcıl tibb universitetlərindən olan Karolinska İnstitutunun tədqiqatçıları SARS-CoV-2 virusuna qarşı immunitetdə mühüm rol oynayaraq bu xəstəliyin ölümcül hallarında görülən iltihablara təkan verən hüceyrə qrupları aşkarlayıblar.
Anews.az "Cell Reports Medicine”-ə istinadən xəbər verir ki, tədqiqat müəllifləri COVID-19-un ağır formasını keçirən xəstələrdən götürdükləri qan nümunələrində eozinofil deyilən ağ cisimlərin məhz ağciyərlərdə baş verən kəskin iltihab prosesi ərəfəsində daha çoxalaraq fəsadların yaranmasında mühüm rol oynadıqlarını aşkar ediblər.
www.anews.az
























