• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsindən sahibkarlarla bağlı iddialara cavab

Gömrük Komitəsindən sahibkarlarla bağlı iddialara cavab
15.09.2020 12:04
"Ötən gün bəzi kütləvi informasiya vasitələrində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydalarının kobud şəkildə pozulduğu və bu qaydaların pozulmasında idarə əməkdaşlarını günahlandıran yazılar dərc olunub. Eləcə də, guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verildiyi iddia edilən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.”

Anews.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd olunub. Bildirilib ki, qapalı məkanlarda yoluxma riskinin daha yüksək olduğu nəzərə alınaraq vətəndaşlara sosial məsafəyə riayət etməklə binanın kənarında dayanmaları, növbə ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmaları və rəsmiləşdirmə proseslərini həyata keçirilmələri tövsiyə olunur:

"Buna baxmayaraq yenə də bəzi sahibkarlar verilən tövsiyələrə əməl etməyərək məsuliyyətsiz davranırlar.

Məlum yazıda guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verilməsi, hətta səsgücləndiricilərlə elan edilməsi iddiası isə gülüncdür.

Tamamilə yalan və əsassız olan bu məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. İdxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslər istənilən dolayı gömrük təmsilçiliyi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməkdə sərbəstdirlər və bu onların hüququdur.
Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol