• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrədə erməni terroruna etiraz aksiyası keçirildi - FOTOLAR

İsveçrədə erməni terroruna etiraz aksiyası keçirildi - FOTOLAR
17.10.2020 19:49
İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki n


r.

Aksiya  iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin  Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması  nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. 

İsveçrə Azərbaycanlıları Kordinasiya Şurasının, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin   təşəbbüsü ilə  keçirilən aksiyada Berndə yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada "Qarabağ Azərbaycandır!”"İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan terrorçu dövlətdir!”, "Azərbaycan ədalət tələb edir!”, "Mülki insanlar toxunulmazdır!” "İşğal beynəlxalq sülhə təhlükədir!”, "Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib. 

Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulması, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğlayıb və   dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar. 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol