• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold” QSC və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda sikkələrin dizayn müsabiqəsinə start verir

“AzerGold” QSC və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda sikkələrin dizayn müsabiqəsinə start verir
22.12.2020 13:07
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Mərkəzi  "Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edir. Dizayn müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir.

Dizayn müsabiqəsi "Qarabağın qədim mədəni irsi”, "Qarabağın qədim tarixi”, "Qarabağın simvolları”, "Şanlı Ordumuzun zəfər yürüşü”, "Biz Qarabağa qayıdırıq”, "Əsirlikdən azad edilən abidələr” kimi mövzu istiqamətlərini əhatə edir. İştirakçılar yuxarıda sadalanan mövzular üzrə hazırladıqları layihələri www.azergold.gift platformasında yaradılan xüsusi səhifə vasitəsilə yükləməklə müsabiqəyə qoşula bilərlər.

Təqdim ediləcək dizayn nümunələri müsabiqənin Əsasnaməsində qeyd edilən şərtlərə cavab verməlidir. Layihələr ölkənin tanınmış mədəniyyət xadimləri, rəssamlar və dizaynerlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq kimi meyarlar nəzərə alınmaqla anonim qaydada qiymətləndiriləcək. İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcəklər. Əlavə olaraq müsabiqəyə daxil olan bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə "İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Müsabiqə elan olunduğu vaxtdan – 22.12.2020 tarixindən etibarən başlayır, müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir.
Qeyd edək ki, Qarabağın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elementlərinin sikkələrdə öz əksini tapması bu dəyərlərin təbliğinə xidmət edir. Xatırladaq ki, "AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal olunan 3 növ qızıl və gümüş sikkələrin üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının "Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol