• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Əfqanıstan təhlükəsizlik orqanları arasında bu məsələlər müzakirələr edilib

Azərbaycan və Əfqanıstan təhlükəsizlik orqanları arasında bu məsələlər müzakirələr edilib
23.12.2020 15:51
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Həmdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb. Görüşdə Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun da iştirak edib.

Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Ramil Usubov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

O, vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə və insan hüquq və azadlıqlarının qorunması, daxili sabitliyin, xalq-iqtidar birliyinin davamlılığının təmini sahəsində görülmüş tədbirlərlə ölkəmizdə dövlət və ictimai təhlükəsizlik sahəsində milli maraqların təmin olunduğunu qeyd edib. Səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsinin, Avropanın əsas enerji təminatçılarından biri olmasının, valyuta ehtiyatlarının davamlı artmasının ölkənin iqtisadi təhlükəsizliyi sahəsində milli maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sosial təhlükəsizlik məsələlərinə toxunan R.Usubov əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü, səmərəli sosial islahatların həyata keçirildiyini, dünyada az rastlanan və ölkə vətəndaşlarının 70 faizindən çoxunu əhatə edən davamlı sosial dəstək paketlərinin reallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın balanslaşdırmadan tam müstəqil siyasətə keçməsinin, bölgədə maraqları kəsişən dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatının yaradılmasının ölkəmizin xarici siyasətində prioritet təşkil etdiyi qeyd olunub.

Hərbi təhlükəsizliyin təmini sahəsində görülən tədbirlərdən danışan R.Usubov müasir və peşəkar ordu quruculuğunun, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmin olunduğunu, müdafiə sənayesinin yaradıldığını və davamlı təkmilləşdirildiyini, bütün bunların Azərbaycan xalqının Vətən müharibəsində hərbi zəfərini şərtləndirdiyini vurğulayıb.

Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən R.Usubov qardaş ölkənin siyasi və mənəvi dəstəyinin 44 günlük Vətən müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb, Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktual məsələlərlə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol