• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan vətəndaşlara ÇAĞIRIŞ: “Heç kimə pul verməyin”

“Azəriqaz”dan vətəndaşlara ÇAĞIRIŞ: “Heç kimə pul verməyin”
24.12.2020 23:00
Bu gün sosial şəbəkələrdə sayğac əvəzlənməsi zamanı Xaçmaz rayonunda kimlərinsə vətəndaşlarla guya hansısa sövdələşmələrə getməsinə dair məlumat yayılıb.


"Azəriqaz” İB-dən verilən məlumata görə, ümumiyyətlə qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsi qanunsuzdur: 


"Abonentlərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur. Bu əməliyyat "Azəriqaz” İstehsalat Birliyi tərəfindən pulsuz icra olunur. Əgər hansısa dələduz əmələ qurşanan şəxslə belə bir sövdələşmə edirlərsə, bundan asılı olmayaraq, sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri sizdən mütləq tələb olunacaq.


Yəni bu yolla sizi aldadan şəxs yoxlamadan sonra qüsur aşkarlanan sayğaca görə heç vaxt kimisə sığortalaya bilməz. O ki qaldı belə yanaşmanın Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə aid edilməsinə, nəzərinizə çatdırırıq ki, bu sahədə çalışan əməkdaşlarımızın fəaliyyətinə ciddi nəzarət olunur. Bu il ərzində həmin region üzrə iki işçimiz nöqsanlara yol verdiyinə görə (vətəndaşla qanunsuz sövdələşmə aparılması faktı) işdən azad olunub. Belə hallarla ciddi mübarizə aparılır və fakt qeydə alınan kimi cəza tədbirləri görülür. 


Abonentlərimizdən xahiş edirik ki, bu kimi hallarla rastlaşarlarsa, Birliyin 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Ünvanlarında qaz ölçü qurğusuna və ya digər qaz avadanlığına baxış keçirən əməkdaşımızdan xidməti vəsiqəsini tələb etsinlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol