• $
  • €
  • ₽
  • ₺
  • £

Şirvan xəstəxanasında xəstələr çarəsiz qalıb - ŞİKAYƏT

Şirvan xəstəxanasında xəstələr çarəsiz qalıb - ŞİKAYƏT
24.12.2020 17:15
Koronavirusun ölkədə kütləvi yayıldığı zamanda Şirvan Şəhər Mərkəzi xəstəxanasının direktoru İlham Mustafayev iş saatında yerində tapılmır, Baş həkimi isə bu gün işdən çıxarılıb.


Bu barədə Redaktor.az-a Şirvan şəhər sakinləri məlumat verib. Şikayətçilərin sözlərinə görə, saatlardır xəstəxanada gözləməklərinə baxmayaraq, onlara heç bir köməklik göstərilmir:


Xəstəxanada çalışan, adını açıqlamayan həkimlərdən biri Baş həkimin işdən çıxarıldığını, göndərişə möhür vuracaq adamın olmadığını bildirib.


Şikayətçilərdən biri isə saytımıza bunları deyib:


"Bu xəstəxanada xəstələrə baxan yoxdur. Biz də xəstələri ya Bakıya, ya da başqa rayona aparmaq istəyirik. Amma yollar bağlı olduğu üçün apara bilmirik. Bunun üçün gərək xəstəxananın Baş həkimi göndəriş kağızına möhür vursun. Amma Baş həkimi tapa bilmirik. Xəstəxanın direktoru da yerində yoxdur. Əvvəlcə bizə, "direktorun Göyçaydan qonağı gəlib, gedin, saat 4-də gələrsiniz” dedilər. Saat 4-də də direktor çıxıb, "möhür vurmaq mənim işim deyil. Korrupsiyadan da mənə zəng gəlib, möhür vura bilmərəm", dedi. İndi biz nə edək?! Evdə ağır vəziyyətdə olan xəstələr var, onları həkimə aparmaq lazımdır. Əgər aparmasaq vəziyyətləri daha da ağırlaşacaq”.


Sözügedən şikayətçilərlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxışa məlumat versək də, bir cavab ala bilmədik. Xanım sözcü mesajlarımızı oxuyub, cavab vermədi. Görünür, ya TƏBİB-i insan həyatı maraqlandırmır, ya da tabeliyində olan xəstəxanalara sözü keçmir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol