• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell”dən tibb işçilərinə növbəti hədiyyə balans

“Azercell”dən tibb işçilərinə növbəti hədiyyə balans
24.12.2020 19:09
"Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir.

Şirkətdən Anews.az-a bildirilib ki, ölkənin lider mobil operatoru COVID-19-la savaşın ön cəbhəsində olan 1000-dən artıq həkim və tibb işçisinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 50 AZN hədiyyə balans yükləyib. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

Qeyd edək ki, bu, "Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət həyatını riskə ataraq, fədakarlıqla öz vəzifə borcunu yerinə yetirən tibb işçilərinə müxtəlif aylarda hədiyyə balans yükləyərək rabitə dəstəyi göstərib. Bundan əlavə, şirkət infeksiyanın yayıldığı gündən etibarən həssas qrup kateqoriyadan olan insanları dəstəkləmək məqsədilə bir sıra mühüm sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol