• $
  • €
  • ₽
  • ₺
  • £

Qoruyucu maska seçərkən diqqətli olun

Qoruyucu maska seçərkən diqqətli olun
25.12.2020 10:40
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara müraciət edib.
Xidmətdən verilən xəbərə görə, koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir. Standartların tələblərinə görə, birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır. Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib. Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.
Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır. 

www.anews.az

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol