• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Baramaçılar Assosiasiyası təsis olunub

Azərbaycan Baramaçılar Assosiasiyası təsis olunub
25.12.2020 15:13
"Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına həsr
edilmiş toplantı keçirilib. Onlayn formatda keçirilən toplantıda Kənd Təsərrrüfatı
Nazirliyinin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-
Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq
İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin 28 rayondan 64 kümçü iştirak ediblər.

Toplantıda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və
kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının
vahid platformada birləşməsi kümçülərin daha səmərəli fəaliyyətinə müsbət təsir
edəcək. Bu səbəbdən kümçülərin bir araya gələrək ictimai birlik təsis etməsi
təşəbbüsü təqdirəlayiqdir və Nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında
təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir. Araz İsmayılovun sözlərinə görə,
yaradılacaq assosiasiya kümçülərə bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir
araya gələrək təcrübə mübadiləsi aparmasına, ölkədə baramaçılığın inkişafına dair
təkliflər hazırlamasına şərait yaradacaq.

Toplantı iştirakçıları Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunduğunu
xatırladaraq, dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn
vəzifələrin yerinə yetirilməsinə dəstək göstərdiyini bildiriblər. Görüşdə yaş barama
istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu (qrena)
istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının
artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi,
barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və s. mövzular
ətrafında fikir mübadiləsi aparıblar.

Toplantının sonunda "Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis
olunması barədə qərar qəbul olunub. Birliyin Nizamnaməsi müzakirələrdən sonra
təsdiq edilib. Səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar
Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa,
Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi
qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol