• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda vəzifəli şəxsə qarşı 230 min manatlıq dələduzluq

Naxçıvanda vəzifəli şəxsə qarşı 230 min manatlıq dələduzluq
25.12.2020 16:01
Uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olmuş və Naxçıvanda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nəsrulla Bayramova qarşı Bakıda 230 min manatlıq dələduzluq edilib.

N. Bayramov hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, tanışı Bağırov Elçin Səmid oğluna iş görmək adı ilə 230 min manat verib. E. Bağırov isə pulu mənimsəyib.

Faktı N. Bayramovun özü də təsdiqləyib. O bildirib ki, Elçin Bağırovla alacaqları armaturu tikinti şirkətlərinə sataraq qazanc əldə etməyi planlaşdırıblar: "Bir ayın tamamında Elçin Bağırov vəd etdiyi qazancı çatdırmadı. Araşdırdım ki, pulu mənimsəyib. Rəsmi qurumlara müraciət etdim. Hüquq-mühafizə orqanlarından mənə məlum oldu ki, bu, Elçin Bağırovun ilk dələduzluq əməli deyil. O, əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Şikayətim prokurorluq tərəfindən Yasamal Rayon Polis İdarəsinə göndərilib. Lakin Elçin Bağırov barəsində cinayət işi başlanmandı”. 

Sabiq deputat qeyd edib ki, müstəntiq qərarında göstərib ki, Elçin Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldığını deyir: "Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə "batdığı” göstərilib. Bütün səs yazılarını istintaq orqanına təqdim etmişəm. Elçin Bağırov Habil Əliyevlə danışığında pulu məndən aldığını dəfələrlə etiraf edib, hətta borc qarşılığında mənə mənzil də təklif edib. Elçin Bağırov alqı-satqısı ilə də məşğuldur. Elə bu işlə bağlı da bir neçə nəfərə qarşı dələduzluq edib. Bu adamı kimlərin himayə etdiyini bilmirəm. Bir dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb. Lakin Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov işə düzgün baxmır, işi araşdırmır”.

N. Bayramov qeyd edib ki, hüquqlarının bərpası üçün aidiyyəti qurumlara müraciətlərini davam etdirir.
Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov isə APA-ya bildirib ki, həmin iş üzrə cinayət işi başlanılıb: "Həmin fakt üzrə Elçin Bağırov barəsində 3 cilddə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri aparılır". APA

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol