• $
  • €
  • ₽
  • ₺
  • £

Benzinin və dizelin bahalaşması beynəlxalq standartlara uyğunlaşma ilə bağlıdır - Deputat

Benzinin və dizelin bahalaşması beynəlxalq standartlara uyğunlaşma ilə bağlıdır - Deputat
06.01.2021 09:40
Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artması beynəlxalq standartlara uyğunlaşma və ekoloji problemlərin həlli ilə bağlıdır.


Anews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.


Onun sözlərinə görə, yanacaq qiymətinin artması təbii prosesdir, çünki təkcə indiki zamanın deyil, həm də gələcək dövrün qayğısına qalmaq lazımdır:


"Bəşəriyyət üçün ən böyük bəlalardan biri ekoloji faciədir və bu səbəbdən dizel yanacağı və benzin üçün yeni standartlar tətbiq olunur. Digər tərəfdən, yanacaq məhsulunun səmərəliliyi artırılır, digər tərəfdən isə ekoloji cəhətdən daha təmiz məhsulun istehsalı üçün xərclər artır”.


Deputat qeyd edib ki, yanacaq qiymətlərinin artması prosesi təkcə Azərbaycanda deyil, digər postsovet ölkələrində də başlayıb və bu, bilavasitə koronavirus böhranı ilə əlaqədardır:


"2020-ci ilin 10 ayı ərzində bütün dünyada qapanmalar baş verirdi ki, bu da öz növbəsində iqtisadi fəallığın azalmasına və yekunda iqtisadi itkilərə gətirib çıxarıb. Qlobal ümumi daxili məhsul 12 trilyon dollar itirib, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına əsasən, bu itkilər növbəti iki il ərzində 28 trilyon dollara çata bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol