• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsi “Smart Customs” tətbiqinin fəaliyyətini niyə təmin edə bilmədi? – Yeni AÇIQLAMA

Gömrük Komitəsi “Smart Customs” tətbiqinin fəaliyyətini niyə təmin edə bilmədi? – Yeni AÇIQLAMA
06.01.2021 17:21
Yanvar ayının 1-dən etibarən Dövlət Gömrük Komitəsi istehlakçıların xaricdən sifariş etdikləri məhsullar barədə fərdi qaydada sadələşdirilmiş bəyannamə verməsi üçün "Smart Customs” tətbiqini təqdim edib. Lakin təqdim edildiyi andan etibarən sosial şəbəkələrdə həm tətbiqin mahiyyəti, həm də göstərməli olduğu xidmətdə yaranan çətinliklərlə bağlı ciddi etiraz dalğası yaranıb. Elə qurumun tətbiqlə bağlı rəsmi "facebook” səhifəsində paylaşdığı postlara nəzər salsaq görərik ki, şərhlərin mütləq əksəriyyəti mənfi xarakterlidir və hansısa çatışmazlığı bəyan edir. İstehlakçılar həm xidmətin ketfiyyətindən, həm də mahiyyətindən narazıdır. Belə ki, təqdim olunan tətbiqdə demək olar ki, heç bir funksiya işləmir. Elə buna görə də DGK əvvəlcə bunu "müvəqqəti texniki problem” adlandırsa da, bir neçə dəqiqə əvvəl problemin hələ uzun müddət belə davam edəcəyini göstərən bir açıqlama yaydı. 

Anews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sosial şəbəkələr vasitəsilə verdiyi açıqlamada problemin hələ də davam etdiyi bildirilir və daşıyıcı şirkətlərin mallarını xarici ölkələrdəki anbarlardan ölkəyə gətirə biləcəkləri qeyd olunur. Həmçinin açıqlamada bununla bağlı heç bir məhdudiyyətin tətbiq edilməyəcəyi göstərilib:

""Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılıması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq. Dövlət Gömrük Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, istehlakçıların digər bir narazılığı isə tətbiqin mahiyyəti ilə bağlıdır. Çünki daşıyıcı şirkətlər vasitəsilə xaricdən məhsul gətirən vətəndaşlar da sadələşdirilmiş bəyannamə verməlidirlər ki, bu da təkrarçılıq deməkdir. Çünki daşıyıcı şirkətlər onlar vasitəsilə məhsul sifariş verən istehlakçılar adından DGK-ya bəyannamə təqdim edirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol