Qubadlıda daha bir nazirliyin yerli strukturu fəaliyyətə başladı

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Nazirlikdən verilən məlumata görə, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb.
Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























