• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin qızına məxsus sayt fəaliyyətini dayandırıb? – DOSYE

Ramiz Mehdiyevin qızına məxsus sayt fəaliyyətini dayandırıb? – DOSYE
18.01.2021 17:52
1999-cu il tarixində dövlət qeydiyyatına alınan "Palitra” qəzetinə məxsus "palitranews.az” saytına daxil olmaq mümkün deyil.
 
Əvvəllər həftədə 5 dəfə çap olunan "Palitra” qəzeti ötən ilin iyul ayından etibarən fəaliyyətini dayandırsa da, qəzet onlayn formada fəaliyyətini davam etdirib. Lakin, bir müddətdir ki, qəzetə məxsus "palitranews.az” saytına daxil olmaq mümkün olmur.  

Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin 2-ci yarısından etibarən "Palitra” qəzetinə maliyyə yardımı ayırmayıb.

Məlumat üçün bildirək ki, "Palitra” qəzetinin sahibi haqqında bugünə kimi mətbuatda demək olar ki, heç bir məlumat yayılmayıb. Qəzetin təsisçisinin adı sirr kimi saxlanılıb. Mətbu nəşrin interner resursu olan "palitranews.az” saytının "Haqqımızda” bölməsində qeyd olunurdu ki, "Palitra” qəzeti 02.11.1999-cu il tarixində dövlət qeydiyyatından keçib. Təsisçisi K.R.Əliyevadır. K.R.Əliyevanın kim olması barədə əlavə məlumat verilməsə də, "K.R.Əliyeva” yazılışına başqa bir mənbədə də rast gəlmək mümkündür. Bakı Dövlət Universitetinin rəsmi veb-səhifəsində Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Əliyeva Kamilə Ramiz qızı "K.R.Əliyeva” olarak təqdim olunur.

Qeyd olunur ki, K.R.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub.
 
2002-ci ildə "Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə "Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. K.R.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Onu da bildirək ki, Əliyeva Kamilə Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın hazırki prezidenti Ramiz Mehdiyevin qızıdır.

Hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 8B, m. 43 olaraq qeyd olunan "Palitra” qəzetinin baş redaktoru rəsmi mənbələrdə Azayeva Esmira Balayevna göstərilir. yeniavaz.com
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol