• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifəli şəxslərlə bağlı yeni cərimələr müəyyənləşir

Vəzifəli şəxslərlə bağlı yeni cərimələr müəyyənləşir
22.01.2021 14:57
İnzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulmasına yeni cərimələr müəyyənləşir.

Anews.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsinə edilən dəyişikliyə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

596.2-ci maddəyə təklif edilir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

596.3- cü maddəyə təklif edilir ki, səlahiyyətli vəzifəli şəxsin bu Məcəllənin 104.1-ci maddəsinin müddəalarını pozmaqla, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul etməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

596.4-cü maddəyə təklif edilir ki, bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulan siyahıya əsasən inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol