Sabunçuda PARTLAYIŞ - Xəsarət alan var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb. Yanğın nəticəsində bitişik ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.anews.az
























