• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin əsas missiyası açıqlanıb

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin əsas missiyası açıqlanıb
05.02.2021 15:25
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 4-də Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi qrupunun onlayn iclası keçirilib.

Nazirlikdən Anews.az-a bildirilib ki, mədəniyyət naziri Anar Kərimov iclasda çıxış edərək dövlət başçısının 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması, Azərbaycanın Birinci vitse-prezidentinin tapşırığına uyğun olaraq muzeyin konsepsiyasının hazırlanması ilə əlaqədar indiyədək nazirlik tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin fondunun yaradılması üçün lazımi materialların toplanılmasına başlandığını bildirən nazir artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib. Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyə edici mərkəzi kimi fəaliyyət göstərək.

Sonra hərb tarixi üzrə ekspert Səbuhi Əhmədov muzeyin konsepsiyasının ilkin layihəsini İşçi qrupunun üzvlərinə təqdim edib.

Onlayn iclasda İşçi qrupunun üzvləri – Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov və Gəncliyin inkişafı məsələləri sektorunun müdiri İrfan Davudov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədr müavini Sənan Tapdıqov, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti, polkovnik-leytenant Elvin Əzizov muzeyin məzmununun uğurlu alındığını qeyd edib, öz təkliflərini səsləndiriblər.

İclasın sonunda Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol