• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya müsabiqə şərtləri açıqlanıb

Magistraturaya müsabiqə şərtləri açıqlanıb
09.02.2021 10:45
Magistraturaya qəbul üçün müsabiqə şərtləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Müsabiqə şərtlərinə gəldikdə isə, Təhsil ixtisasları; Texniki və texnoloji ixtisaslar;  Səhiyyə, rifah və xidmət ixtisasları (Bədən tərbiyəsi və idman ixtisasından başqa) qrupları üzrə minimal 40 bal tələb edilir (ümumi intellekt səviyyəsi üzrə (məntiqi təfəkkür) minimal 15, İnformatika üzrə 5, Xarici dil üzrə 5 bal). 
Humanitar və sosial ixtisaslar qrupu üzrə minimal 50 bal tələb olunur (ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minimal 15, informatika üzrə 5, xarici dil üzrə 5 bal). 

Təbiət ixtisasları; İqtisadiyyat və idarəetmə ixtisasları qrupları üzrə ümumilikdə minimal 45 bal tələb edilir (ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minimal 15, informatika üzrə 5, xarici dil 5 bal). 
 
Mədəniyyət və incəsənət ixtisasları; Kənd təsərrüfatı ixtisasları; Xüsusi təyinatlı ixtisaslar; Bədən tərbiyəsi və idman ixtisası qrupları üzrə minimal 30 bal tələb olunur (ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) - minimal 10, informatika 5, xarici dil 5 bal). 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasının 70 saylı proqrama aid ixtisaslaşmalarına və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanından sonra qabiliyyət imtahanı verməlidirlər ("Magistr” jurnalının 3-cü sayında qabiliyyət imtahanları barəsində ətraflı məlumat verilib).

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
 
İmtahanda iştirak etmək üçün bakalavr 2021-ci il  fevralın 9-dan 18-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet”indəki hesabına əlavə edir. 

Magistraturaya qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol