• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Steel”in yeni direktoru Kamal İbrahimov hansı tanınmışın bacısı oğludur? – Maraqlı DOSYE

“Baku Steel”in yeni direktoru Kamal İbrahimov hansı tanınmışın bacısı oğludur? – Maraqlı DOSYE
09.02.2021 12:51
Xəbər verdiyimiz kimi, dünən mətbuatda "Baku Steel Company” şirkətinə  İbrahimov Kamal Mirsahib oğlunun direktor təyin olunduğu barədə məlumat yayılıb.

On gün əvvəl "Baku Steel Company” şirkətinin direktoru Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Məlumat üçün bildirək ki, İbrahimov Kamal Mirsahib oğlu "Qala Həyat” Sığorta şirkətinin Direktorlar Şurasının sədridir. Kamal İbrahimov daha əvvəl "AB Standard” QSC-yə daxil olan "Bank Standard” QSC-nin Müşahidə Şurasının və "Standard İnsurance” ASC-nin Direktorlar Şurasının sədri olub. Özəl sektora gəlməzdən əvvəl Kamal İbrahimovun Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində də işlədiyi bildirilir.

Onu da qeyd edək ki, Kamal İbrahimov 2018-ci ildə "Sığorta şirkətlərində maliyyə sabitliyinin idarə edilməsi” mövzusunda elmlər doktoru proqramı üzrə dissertasiya işi götürüb. Kamal İbrahimov dissertasiya işini Azərbaycan Dövlət İqtisad Universitetində tamamlayacaq. Bildirilir ki, Kamal İbrahimov eyni zamanda elmlər doktoru proqramı üzrə təhsil aldığı Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru, dosent Qəndilova Səadət Tağı qızının oğludur.

Kamal İbrahimovun anası Səadət Qəndilova 22 oktyabr 1949-cu ildə, Bakı şəhərində anadan olub. Orta təhsilini 1957-1967-cı illərdə Bakıdakı 190 saylı orta məktəbdə, ali təhsilini isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki İqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində alıb. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədr müavinidir. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "İdarəetmə” bölməsinin, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının üzvüdür. Prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.Səadət Qəndilova eyni zamanda Azərbaycanın tanınmış elm xadimlərindən olan Seyfəddin Qəndilovun bacısıdır. Seyfəddin Qəndilovun 1999-2010-cu illərdə Dövlət Oİdarəçilik Akademiyasının rektoru olub. Tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov 1930-cu ildə anadan olub və 80 yaşında vəfat edib.

"Baku Steel Company” şirkətinə director təyin olunduğu deyilən Kamal İbrahimovun dayısı oğlu, yəni Seyfəddin Qəndilovun oğlu isə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfir Lətif Qəndilovdur. Lətif Qəndilov 1986-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olub. 1995-ci ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlayıb və birinci katib vəzifəsinədək yüksəlib.

2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışıb, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycanın Qazaxıstandakı ilk səfiri təyin edilib. 2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olub. 2011-2016-cı illərdə Azərbaycanın Çində, Cənubi Koreyada və Monqolustanda, eyni zamanda 2011-2013-cü illərdə Vyetnamda  fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. (yeniavaz)






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol