Çin Kommunist Partiyası YAP-a 10 min doza vaksin verəcək

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Yeni Azərbaycan Partiyasına (YAP) 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyasından (YAP) verilən məlumata görə, bu barədə Mərkəzi Komitənin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib.
Nümayəndə qeyd edib ki, vaksinlər YAP-a yardım məqsədilə, təmənnasız veriləcək və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























