• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan yenilik - Qaz sayğaclarının kartları yerindəcə veriləcək

“Azəriqaz”dan yenilik - Qaz sayğaclarının kartları yerindəcə veriləcək
16.02.2021 16:15
Fevralın 17-dən  dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.


Kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin yuxarıda sadalanan məkanlara getməsinə ehtiyac qalmayacaq. Onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillərlə fəaliyyət göstərəcək Müştəri xidməti şöbəsinin əməkdaşları tərəfindən təmin olunacaq.


"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün bu barədə əlaqədar struktur rəhbərlərinə müvafiq göstərişlər verib. Abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb.


Mövcud qaydalara görə əhali abonent qrupunun istifadəsində olan qaz sayğacları 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür, yerinə isə yenisi quraşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol