• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində brifinq keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət  Dövlət Xidmətində brifinq keçirilib
17.02.2021 13:35
Fevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) 2020-ci il üzrə fəaliyyyətinin yekunlarına dair videoformatda brifinq keçirib.

Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli ötən il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə AİBNDX-in yeni əsasnaməsi təsdiq olunub və fəaliyyət istiqamətləri genişləndirilib. Bununla əlaqədar ötən müddət ərzində Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mövcud kadr potensialının qiymətləndirilməsi və peşəkar tələblərə cavab verən yeni kadrlarla komplektləşdirilməsi, optimallaşdırma işlərinin və islahatların aparılması üçün aidiyyəti sahələrin təhlili, müvafiq normativ aktların hazırlanması və s. tədbirlər həyata keçirilib.

Məlumat verilib ki, 2020-ci il ərzində ümumilikdə Dövlət Xidmətinə 10.947 müraciət daxil olub və qanunvericiliyin tələblərinə uyğun baxılması təmin olunub.
Antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə həyata keçirilən tədbirlər barədə danışan rəis müavini istehlak bazarında malların (iş və xidmətlərin) satışı (malın satışda olmaması, qiymət artımı, malın keyfiyyəti və s.) ilə əlaqədar 908 müraciətə baxıldığını, qanunamüvafiq tədbirlərin görüldüyünü bildirib.

Qeyd olunub ki, ötən il dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların həcmi 930 mln. manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 14.2%-na bərabərdir. Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90% təşkil edib.
AİBNDX-də fəaliyyət göstərən işçi qrupları tərəfindən "Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib. Rəqabət qanunvericiliyinin daha da təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə öyrənilərək Rəqabət Məcəlləsi layihəsinin təkmilləşdirilməsi üzrə işlər aparılır.

2020-ci il ərzində standartlaşdırma sahəsində görülən işlər barədə məlumat verilərək bildirilib ki, bu dövr ərzində 19 yeni dövlət standartı qəbul edilib, 12 dövlət standartının layihəsi hazırlanaraq rəy və təkliflər üçün müvafiq qurumlara təqdim olunub.

Tədbirdə həmçinin Xidmətin strateji planları barədə də məlumat verilib. Qeyd edilib ki, qarşıda duran əsas strateji hədəflər bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini təmin edən ədalətli və azad rəqabət mühitinin qorunması, milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və davamlı inkişafın dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması və "2021-2023-cü illər üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş tədbirlərin icrasını təmin etməkdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol