• $
  • €
  • ₽
  • ₺
  • £

Vüsal Hüseynov pandemiya dövründə ölkələr arasında sıx əlaqədən DANIŞDI

Vüsal Hüseynov pandemiya dövründə ölkələr arasında sıx əlaqədən DANIŞDI
18.02.2021 16:57
Azərbaycan nümayəndə heyəti MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 25-ci iclasında iştirak edib.

Anews.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti virtual qaydada keçirilən MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 25-ci iclasında iştirak edib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iclasın gündəliyinə uyğun olaraq 2020-ci il üzrə ölkəmizdə miqrasiya prosesləri və COVİD-19 pandemiyası dövründə bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, 2020-ci ilin əvvəlində Azərbaycan Respublikasına gələnlərin sayında artım müşahidə olunsa da, sonradan pandemiya ilə əlaqədar həmin göstərici azalıb. Pandemiyanın ilk günlərindən Azərbaycanın öz miqrasiya siyasətini əcnəbilərin maksimum rahatlığı, inzibati prosedurların minimuma endirilməsi və elektronlaşmanın geniş təşviqi üzərində qurduğunu deyən Vüsal Hüseynov, 3 dildə (Azərbaycan, ingilis və rus) 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı Mərkəzi haqqında da məlumat verib. Xidmət rəisi pandemiya dövründə qaçqınlar da daxil olmaqla, həssas qrupa aid miqrantlara xüsusi diqqət yetirildiyini, həmçinin əcnəbilərin məcburi qaydada ölkə hüdudlarından kənara çıxarılmasının və saxlama mərkəzlərinə yerləşdirilməsinin dayandırıldığını deyib, aparılan maarifləndirmə tədbirləri barədə məlumat verib.
Daha sonra Dövlət Miqarsiya Xidmətinin beynəlxalq əlaqələrindən söz açan V.Hüseynov xüsusilə ölkələr arasında daha sıx işgüzar əlaqələrin qurulmasının önəmini vurğulayıb. Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Regional Təlim Mərkəzi təşəbbüsü barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Xidmət rəisi 2020-ci ildə Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulduğunu da xatırladıb. Bildirilib ki, 10 noyabr tarixli üçtərəfli bəyanat təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaradıb.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinin fəaliyyətinin təşkili təcrübəsi barədə məlumat verib.
MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 25-ci iclasında gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol