Bu ölkədə Rusiya telekanallarını izləyənlər cərimələnəcək

Fevralın 9-da Rusiyanın 16 telekanalının yayımına qadağa qoyan Latviya hökuməti həmin kanalları izləyən vətəndaşlara cərimə tətbiq edəcək.
Latviya parlamentinin yanvarın sonunda qəbul etdiyi və icazəsiz yayımları izləyənlərə cəza verilməsini nəzərdə tutan qanunun təsir etdiyi kanallar arasında onlarla Rusiya kanalı olduğu bildirilib.
"İnformasiya sahəmizi qoruduq, qoruyuruq və qoruyacağıq”, - Latviya Milli Media Şurasının rəhbəri İvars Abolins qeyd edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























