• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək - QƏRAR

Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək - QƏRAR
19.02.2021 16:15
"Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” və "Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb. 

Bu qaydalar hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir.

Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir. Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır.

Belə ki, metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilməyəcək.

Bildirilir ki, fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunacaq

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol