• $
  • €
  • ₽
  • ₺
  • £

Göyçayda bıçaqla adam öldürmüş şəxs saxlanılıb

Göyçayda bıçaqla adam öldürmüş şəxs saxlanılıb
19.02.2021 21:04
Fevralın 18-də saat 12 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunun rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı  Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

İstintaqla  Göyçay şəhəri  Heydər Əliyev küçəsində yerləşən "Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-də saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci il tarixdə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol